ABŞ-ın ruslara viza verilməsini dayandırdı

Rusiyanın Yekaterinburq şəhərində ABŞ-ın Baş Konsulluğu aprelin 1-dən etibarən viza verməyəcək.

SOSİUM.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Moskvadakı səfiri Con Sallivan bildirib.

Onun sözlərinə görə, bu qərar ABŞ-ın dövlət katibi Entoni Blinkenlə məsləhətləşmələrdən sonra qəbul olunub: “Bu tədbirlər diplomatik nümayəndəliyin təhlükəsizliyi və onların Rusiyada iş şəraitinin davamlı yoxlamalarının yekunlarına əsasən həyata keçirilir”.

Səfir ölkəsinin Rusiya xalqı ilə əlaqələrinin yüksək olduğunu da qeyd edib.

“ABŞ Rusiya hökumətini Vladivostokdakı Baş Konsulluğumuzun fəaliyyətini yaxın günlərdə bərpa etməyəcəyi barədə məlumatlandırıb. ”ABŞ-ın Yekaterinburqdakı Baş Konsulluğu fəaliyyət göstərsə də, aprelin 1-dən viza xidməti və ABŞ vətəndaşlarına konsulluq xidmətinin göstərilməsini dayandıracaq”, – ABŞ səfirliyinin rəsmi saytındakı açıqlamada vurğulanıb.

Oxşar xəbərlər