Neft Fondu valyutanın satışını azaldıb

Bu ilin mart ayında Azərbaycan Respublikası Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 397,8 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

SOSİUM.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı və ARDNF-nin məlumatlarına görə, bu göstərici fevral ayı ilə müqayisədə 9%, 2020-ci ilin mart ayı ilə müqayisədə isə 4,8 dəfə azalıb.

Cari ilin I rübündə isə Neft Fondu valyuta hərraclarında 1,480 mlrd. dollar məbləğində vəsait satıb ki, bu da 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 46,6% azdır.

Oxşar xəbərlər