Dünyada dəhşətli virus yayıldı: “Dəli inək”

Kanadada 40-dan artıq insanda rast gəlinən və “dəli inək” xəstəliyinə bənzədilən sirli epidemiya bu günə qədər 5 nəfərin ölümünə səbəb olub.

SOSİUM.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd olunur ki, mütəxəssislər hələ ki, xəstəliyin adını və səbəbini müəyyənləşdirə bilməyiblər. Xəstəliyin əlamətləri arasında yaddaş itkisi, halüsinasiyalar və əzələ atrofiyası kimi simptomlar var.

Kanadalı nevroloq Nil Keşman vəziyyətin ekoloji toksinlərlə əlaqəli ola biləcəyini düşündüklərini, lakin bunun tam qətiləşməmiş məlumat olduğunu bildirib.

Xəstəliyə ilk dəfə 2015-ci ildə rast gəlinib. 2019-cu ildə 11, 2020-ci ildə isə 24 yoluxma qeydə alınıb. İndiyədək bu naməlum xəstəlikdən 5 nəfər ölüb.

Oxşar xəbərlər