ABŞ-da atışma oldu: bir ölü, 3 yaralı

ABŞ-ın Alabama ştatının Birmingem şəhərindəki atışma nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb.

SOSİUM.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildirilib.

Məlumata görə, hadisə aprelin 5-də gecə saatlarında baş verib. Atışma istirahət parkında iki kişinin mübahisəsindən sonra olub. Atışma zamanı parkda yüzlərlə adam olub.

Hadisə nəticəsində bir qadın ölüb, 3 qadın yaralanaraq hospitala yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilib.

Oxşar xəbərlər