ABŞ İran məsələsində irəliləyiş gözləmir

ABŞ Administrasiyası İranın nüvə proqramına dair Vyanada keçiriləcək danışıqlarda irəliləyiş gözləmir.

SOSİUM.az xəbər verir ki, bunu mütəmadi brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

N.Prays bildirib: “Qarşıdakı çağırışların miqyasını lazımi qiyməti veririk. Hər şey indi başlayır. Tezliklə irəliləyiş gözləmirik. Bu müzakirələrin çətin olacağını gözləyirik”.

Mətbuat xidmətinin rəhbəri ABŞ-ın İran üzrə xüsusi elçisi Rovert Mellinin danışıqlarda iştirak etmək üçün Vyanaya gedəcəyini təsdiqləyib.

N.Prays qeyd edib ki, Vyanada ABŞ və İran arasında birbaşa danışıqlar planlaşdırılmayıb.

Oxşar xəbərlər