“Aztelekom”un rəhbəri virusa yoluxub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev koronavirusa yoluxub.

SOSİUM.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Məlumatda deyilir ki, ötən həftə verdiyi PCR testinin nəticəsi “müsbət” çıxmış S.Paşayev hazırda xəstəxanalardan birində müalicə alır. Xatırladaq ki, S.Paşayev 2016-cı ilin dekabrından sözügedən dövlət şirkətinə rəhbərlik edir.

Oxşar xəbərlər