Karantin postları qurulur: DİN-dən AÇIQLAMA

“Sərt karantinin tətbiqi ilə bağlı postların qurulması doğru deyil”.

SOSİUM.az anews.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirlinin mətbuat katibi Ehsan Zahidov deyib.

“Sərt karantinin tətbiq olunması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul edir. Biz onların qərarını gözləyirik. Hələ ki, qərargahın belə bir qərarı yoxdur”.

Sosial şəbəkələrdə Azərbaycanın bəzi rayon və şəhərlərin giriş-çıxışında karantin postlarının qurulması barədə məlumatlar yayılıb. İddialara görə Ramazan ayı boyunca sərt karantin rejimi tətbiq olunacaq və sözügedən postlar da bu məqsədlə qurulub.

Oxşar xəbərlər