Qobustanda iməcilik aksiyası təşkil olunub

Qobustan rayonunda təmizlik, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, kənd daxili yolların, su xətlərinin təmiri, yaşıllıqların qorunması, məişət tullantıların yığılması və daşınması daim diqqətdə saxlanılır.

Bu gün Qobustan şəhər ərazisində Şəhid Sərxan Hacıyevin adını daşıyan küçədə ərazilər və yol kənarları tullantılardan təmizlənib, ağaclara qulluq edilib, yolkənarı səkilərdə rənglənmə işləri aparılıb, həmçinin digər abadlıq işləri görülüb.

Karantin rejimi qaydalarına uyğun olaraq baş tutan İməcilik Qobustan Gənclər Evi SXM-nin təşəbbüsünə əsasən gənc könüllülərinin iştirakı ilə həyata keçirilib.

Qobustan Gənclər Evi SXM-nin direktoru Anar İrzaquluyev bildirib ki, rayon ərazisində bü cür iməcliklər, ekoloji aksiyalar və maarifləndirici tədbirlər mütəmadi olaraq təşkil olunur və davam etdiriləcəkdir.

Oxşar xəbərlər