İşdən çıxan xanım səfirlə bağlı ŞOK FAKTLAR

“Xanım İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb. Ötən il onun Nyu-Yorkun mərkəzində 3 mənzil alması barəsində yazmışdım. O ərəfədə mətbuatda yayılan xalça qalmaqalını şiddətlə təkzib etsə də, ABŞ-da aldığı mənzillər haqqında susmuşdu. Görünür, o da Elmar Məmmədyarov kimi bu məsələni şəxsi iş hesab etmişdi”.

SOSİUM.az xəbər verir ki, bu fikirləri özünün feysbuk səhifəsində araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. Daha sonra Cavanşir Həsənli qeyd edib: “Bu ilin əvvəlində mənə çatan məlumata görə, saytlardan özü ilə bağlı məlumatları sildirmək üçün yüksək vəzifəli şəxslərdən birinin adından minnətçilər salmışdı. Ehtimal ki, Xanım İbrahimova yaxın vaxtlarda XİN-də yeni təyinat alacaq”.

Oxşar xəbərlər