“AQSİA”çılar sahibkar günü bir arada – TƏDBİR

Aprelin 24-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sahibkarlıq gününə həsr olunmuş konfransı keçirilib.

Məlum pandemiyanın şərtlərinə uyğun düzənlənən tədbirdə az sayda sahibkar iştirak etsə də, Assosiasiyanın üzvləri və bölgələrdəki nümayəndələri vebinar vasitəsilə konfransa qatılıb.

AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva sahibkar gününü təsis edildiyi üçün dövlət başçısı Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Assosiasiyanın rəhbəri dövlətin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğılardan, uğur və perspektivlərdən bəhs edib.

Daha sonrakı çıxışçılar AQSİA-nın beynəlxalq əməkdaşlığı ilə bağlı, 2020-ci ildə görülən işlərin hesabatı, Pandemiya və 44 günlük Vətən müharibəsi dönəmində həyata keçirilən layihələrlə, aksiyalarla bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Sonda AQSİA-nın inkişafında xidmətlərinə görə fərqlənən sahibkar xanımlara təşəkkür olaraq 2020-ci ilin simvolu olan Xarı Bülbül medalları təqdim olunub.

Oxşar xəbərlər