“Əsl jurnalist necə olmalıdır?” – Kriteriyalar

“Jurnalistika həqiqətən müqəddəs peşədir. Bu sahədə çalışan insanlar bütün istedadlarını ortaya qoyaraq, peşəsini həyata keçirirlər. Bu peşədə mənə mənfi təsir edən bir şeylə qarşılaşdığımı xatırlamıram”.

SOSİUM.az xəbər verir ki, bu sözləri Londonda fəaliyyət göstərən jurnalist Aynur Tattersall “Əsl jurnalist necə olmalıdır” sualı ilə bağlı modern.az-a açıqlamasına deyib.

Jurnalist həmçinin qeyd edib ki, bu sahənin çox fərqli bir aurası var.

“İnsanı bir anda özünə bağlayan bir peşədir. Amma hər zaman özünü inkşaf etdirməlisən ki, çətinliklə qarşılaşdığın zamanla ayaqlaşa biləsən.

İlk dəfə bu sahədə işə başlayanda İzmirdə zəlzələ olmuşdu. Bir çox insan həyatını itirmişdi. Orda qəribə bir ortamla qarşılaşmışdım. Həm müxbirsən, canlı yayına çıxıb mövzu ilə bağlı danışmalısan, həm də həyatını itirmiş insanların ailələrinə yardım etməlisən. Çox yaxşı xatırlayıram, qan verirdim, tabutlar çatışmadığına görə “məzarlıqlar müdiri” ilə əlaqə saxlayırdım. Qarşılaşdığım vəziyyət mənim həyatəmda yeni bir dönəm açmışdı. Sahədə olan jurnalistlərin həyatı bir bütün halındadır, işdən daha artığıdr. Onlarca belə səhnələrə şahid olursan. Evə gələndə isə bütün bunları ailəndən saxlamalısan. Çünki bıçaqlanma, terror və s. kimi olayların içində olursan. Bu bizdə bir fərqlilik yaradır”.

Aynur Tattersall deyir ki, həqiqi jurnalistika arxa planı görüb böyük rəsmə görə hərəkət etməkdir:

“Lazım olanı etmək lazımdır, artığını yox. Qaydalara çox önəm veririk, təbii ki, vacibdir. Amma bəzən “yox” kəlməsini eşidənə qədər addım atmanız lazımdır ki, sonradan etmədiyimiz üçün peşman olmayaq”.

Jurnalistin sözlərinə görə, insanların örnək alması üçün vəsilə olacaq xəbərləri hazırlamağı da çox sevir:

“Melinda Qeteslə hazırladığım reportaj bunlardan biridir. Mənim üçün fərqli idi, dünyanın ən zəngin adamı bəzən axşamlar qabları yuya bilər. Bu bir çox insanlar üçün örnək addım ola bilərdi. Son olaraq deyim ki, jurnalistika hiss və duyğular üzərinə qurulub. Hiss etdiyin şeyin üzərinə getməlisən. Ən önəmli şey bu sənətdə necə bir siz olmaq istədiyinizi tapmaqdır. Sualların cavabını almaq üçün isə çox çalışmaq, hər nə lazımdırsa, etmək lazımdır”.

Oxşar xəbərlər