“İntiharları doğuran səbəblər tapılmalıdır”

“Ölkədə intiharların sayı çoxalıb. Bu gün də mətbuatda oxuduq ki, bir yeniyetmə intihar edib. İntiharların hansı səbəbdən qaynaqlandığını araşdırmaq lazımdır”.

SOSİUM.az xəbər verir ki, bunu deputat Hikmət Məmmədov Milli Məclisdə deyib.

O təklif edib ki, bununla bağlı Səhiyyə Nazirliyində psixoloqların iştirakı ilə komissiya yaradılsın: “İntiharlara səbəb ailədaxili hallardır, yoxsa başqa səbəblər var? Bu kimi halların çoxalması bizim gələcəyimiz üçün təhlükəlidir. Ona görə də məsələnin araşdırılmasına ehtiyac var”.

Oxşar xəbərlər