Co Bayden ABŞ üçün təhlükəni açıqladı

Ağ irqin üstün olduğuna dair iddialar irəli sürərək terror çağırışı edənlər ABŞ üçün ən böyük təhlükədir.

SOSİUM.az TASS-a istinadən xəbər verir ki, bu barədə Co Baydenin Konqresin hər iki palatasının üzvlərinə ünvanlayacağı nitqinin mətnində yazılıb.

“Biz kəşfiyyat xidmətimizin müəyyənləşdirdikləri təhlükəni görməzdən gəlməyəcəyik – hazırda Birləşmiş Ştatlar üçün ən ölümcül təhlükə ağ irqin üstünlüyünü irəli çəkənlərin terror təhdidləridir”, – C.Baydenin çıxışının mətnində vurğulanır.

Oxşar xəbərlər