Kiyevdə sərt karantin rejimi ləğv edildi

Ukrayna paytaxtı Kiyev şəhərində koronavirusa yayılma halları azaldığından mayın 1-dən karantin rejimi yumşaldılır.

SOSİUM.az xəbər verir ki, Kiyev şəhər Dövlət Administrasiyasından AZƏRTAC-a bildiriblər ki, mayın 1-dən paytaxt şəhəri “qırmızı zona”dan çıxarılır, bununla da restoran və kafelərin fəaliyyəti bərpa edilir, ictimai nəqliyyatın hərəkətinə icazə verilir. Bundan başqa sabahdan Kiyevdə ticarət mərkəzləri, bazarlar, idman zalları və fitnes mərkəzləri, əyləncə məkanları fəaliyyətlərini bərpa edəcək.

Mayın 5-dən, həmçinin orta məktəblər, uşaq bağçaları, universitetlər fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, artıq aprelin sonlarından başlayaraq Ukraynanın bir çox vilayətlərində sərt karantin rejimi ləğv edilməyə başlayıb.

Oxşar xəbərlər