Türk Şurası onlara çağırış etdi: “Dayanın”

Baş katib atəşkəs əldə edilməsindən məmnun olduğunu bildirib

“Türk Şurası xüsusıən Qırğızıstan tərəfinin sülhün yenidən bərpasına verdiyi töhfələri göz önünə alaraq, tərəfləri ehtiyatlı olmağa davam etməyə və gərginliyin daha da artmasına yol aça biləcək hər hansı bir hərəkətdən qaçmağa çağırır”.

SOSİUM.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türk Şurasının baş katibi Bağdad Amreyev deyib.

Onun sözlərinə görə, Qırğızıstan-Tacikistan sərhədində yaşanan gərginliklər diplomatik müzakirələr və dostyana fikir mübadiləsi yolu ilə həllini tapmalıdır:

“Vəziyyətin sabitliyə qovuşması üçün tərəfləri tədbirlər görməyə çağırırıq. Qırğızıstan-Tacikistan sərhədindəki su paylama şəbəkəsini idarə etmək üçün çıxan qarşıdurmalarda hər iki tərəfdən insan tələfatına yol açan vəziyyətin pik həddə doğru irəliləməsini narahatlıqla öyrəndik”.

O, tərəflərin müzakirələrdən sonra atəşkəs əldə etmələrindən məmnunluğunu dilə gətirib:

“Türk Şurası təşkilatın qurucu üzvü olan qardaş Qırğızıstanla mövzu haqqında yaxın təmasda olmağa davam edəcək”.

Oxşar xəbərlər