542 milyona yaxın kompensasiya ödənilib

Bu ilin iyunun 16-dan oktyabrın 8-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan “AGBank” və “NBCBank”ın əmanətçilərinə 194,43 mln. manatdan çox kompensasiya ödənilib.

SOSİUM.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalaması Fondundan (ADIF) bildirilib.

Oktyabrın 8-nə olan məlumata görə, “AGBank” üzrə 4 212 əmanətçiyə ödənilən məbləğ 80,18 mln. manat, “NBCBank” üzrə isə 3 979 əmanətçiyə 114,24 mln. manat kompensasiya ödənilib.

İyunun 1-dən oktyabrın 8-dək “Kapital Bank” tərəfindən ləğv prosesində olan “Amrahbank” və “Atabank”ın əmanətçilərinə 347,29 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində “Amrahbank” üzrə 5 600 əmanətçiyə ödənilən məbləğ 132,83 mln. manat, “Atabank” üzrə isə 9 262 əmanətçiyə 214,45 mln. manat kompensasiya ödənilib.

Ümumilikdə, oktyabrın 8-nə ləğv prosesində olan 4 bank üzrə 23 053 əmanətçiyə 541,72 mln. manatdan çox kompensasiya ödənilib.

Oxşar xəbərlər