555 iddiaçı 600 baldan yuxarı nəticə göstərib

“Bu il III qrupda Azərbaycan və rus bölməsində 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı 555 nəfərdir, bu, çox yüksək rəqəmdir”.

SOSİUM.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu abituriyentlərin hamısı dövlət sifarişli yerləri seçməyə meyllidir: “Bunların arasında hüquqşünaslığa getmək istəyənlər ödənişlini də seçə bilərlər. Keçən il hüquqşünaslıq (tədris ingilis dilində) üzrə keçid balı 650,4 bal, hüquqşünaslıq Dövlət İdarəçilik Akademiyasında 640,9 bal idi”.

Oxşar xəbərlər