Yolda qalmış sürücüyə benzin alıb verdilər

Oktyabr ayının 5-i, səhər saat 08:24 radələrində Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında köməksiz vəziyyətdə qalan taksi sürücüsünə yol polisləri yardım edib. Bu barədə Avtosfer.az-a vətəndaşlardan biri məlumat verib.

SOSİUM.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları 99 YP 694 dövlət nömrə nişanlı xidməti avvtomobil ilə yanacağı bitərək yolda qalmış sürücü üçün benzin alıb gətiriblər. Benzini bitdiyi üçün yolda dayanmış “AzSamand” markalı avtomobilə yaxınlaşan YPX əməkdaşları problemi dərhal həll ediblər.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir