Ən yaxşı və pis pensiya sistemi olan ölkələr – SİYAHI

…ən yaxşı pensiya sisteminə malik iki ölkə – Niderland və Danimarka müvafiq olaraq 81 və 80,3 xal toplayıb

“Melbourne Mercer Global Pensions Index” beynəlxalq konsaltinq kompaniyası və Melburnda yerləşən Monaş Universitetinin nəzdində fəaliyyət göstərən Maliyyə Araşdırmalar Mərkəzi dünyanın ən yaxşı pensiya sistemlərinin 11-ci reytinqini təqdim ediblər.

SOSİUM.az xəbər verir ki, araşdırma dünyanın 37 ölkəsində aparılıb. Ən yaxşı pensiya sisteminə malik iki ölkə – Niderland və Danimarka müvafiq olaraq 81 və 80,3 xal toplayıb. Bu nəticə onların A qrupuna (etibarlı, dayanıqlı, fayda gətirən pensiya sistemi) düşmələrinə imkan verib. Avstraliya bir qədər aşağı nəticə göstərib – 75,3 xal. Bu, reytinqdə B+ qrupuna daxil edilən yeganə ölkə olub. Digərləri 75 xaldan az toplayıb.

B qrupuna Finlandiya, İsveç, Norveç, Sinqapur, Yeni Zelandiya, Kanada, Çili, İrlandiya, İsveçrə, Almaniya düşüb – onların nəticəsi 65-75 xal arasıdır. C qrupunda isə Böyük Britaniya, Honkonq, ABŞ, Malayziya, Fransa yer alıb (60-65 xal).

Ən acınacaqlı vəziyyət isə Tayland (39,4), Argentina (39,5) və Türkiyədədir (42,2). Bu ölkələr D qrupunun ən son yerlərində qərarlaşıb.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir