Dövlət başçıları yenidən Bakıda bir araya gəlir

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib.

SOSİUM.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında bildirib.

O qeyd edib ki, Bakıda keçiriləcək Zirvə Görüşündə dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.

Nazir müavini bildirib ki, Zirvə Görüşündə 4 yekun sənədin qəbulu da gözlənilir. Bunlar Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibliyi dövlətə təşəkkür və Fələstin üzrə sənəddir. İlk üç sənədə Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələr daxil edilib.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir