Naxçıvanda 1 milyardlıq məhsul istehsal olunub

Cari ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 979 milyon 911 min 600 manat dəyərində sənaye məhsulu istehsal olunub.

SOSİUM.az xəbər verir ki, bu barədə  Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, bu da bir il öncəki göstəricini 1,3 faiz üstələyib. Sənaye məhsulu istehsalının 96,2 faizi malların, 3,8 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,5 faiz təşkil edir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 37 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 55 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə bəhs olunan dövrdə 7 milyon 171 min 500 manat kredit verilib. Bu, bir il öncəki göstəricidən 38,7 faiz çoxdur.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir