Daha bir böyük zavod istifadəyə veriləcək

İqtisadiyyat Nazirliyin 508,14 hektar əraziyə malik “Sumqayıt Kimya Sənaye Parkı” MMC-i uzunmüddətli proqramlar və iqtisadiyyatın inkişafının davamlılığını təmin edən konsepsiya əsasında fəaliyyət göstərir. Müəssisənin ərazisində yeni zavodlar inşa olunur.

SOSİUM.az xəbər verir ki, nazir müavini bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində “AzerFloat” QSC-yə məxsus şüşə lövhələrin istehsalı zavodunun tikintisi gələn il başa çatacaq.

N.Səfərov bu layihə üzrə 82 milyon ABŞ dolları məbləğində investisiya qoyuluşunun nəzərdə tutulduğunu qeyd edib.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir