İcra başçısı şəhidlə bağlı göstəriş verdi

Xaçmazın yeni icra başçısı Elnur Rzayev şəhid Babək Aslanovla bağlı göstəriş verib.

SOSİUM.az xəbər verir ki, göstərişə əsasən şəhidimizlə bağlı keçiriləcək bütün mərasimlərin maliyyə tərəfi icra hakimiyyəti tərəfindən həll ediləcək. Məlumatda bildirilir ki, icra başçısı bu işi şəxsi nəzarətində saxlayır.

Yeri gəlmişkən, Elnur Rzayev Babək Aslanovun dəfn mərasiminə də qatılmışdı.

Dövlət Sərhəd Xidmətinin əsgəri Babək Aslanov noyabrın 6-da gecə saatlarında cəbhə bölgəsinin Qazax istiqamətində şəhid olub.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir