Hacılı Tofiq Yaqublunu sərt ittiham etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Yaqublunun Milli Şuraya sədr təklif olunması ilə bağlı məsələyə münasibət bildirib.

SOSİUM.az xəbər verir ki, A.Hacılı bu barədə Facebook sosial şəbəkəsində status yazıb.

“Hər kəsə məlumdur ki, Tofiq Yaqublu Müsavat və Milli Şuranın, AXCP-nin daha sıx əməkdaşlığının, müttəfiqliyinin tərəfdarıdır.

Ümid edirəm ki, Tofiq bəy əvvəllər bu məqsədlə Müsavatdan daha çox Milli Şuranı təbliğ edirdisə, Milli Şuranın sədri olsa, yenə eyni məqsədlə o təşkilatdan daha çox Müsavatı təbliğ edəcək”.

Qeyd edək ki, Milli Şura sədri Cəmil Həsənli Facebook sosial şəbəkəsində Tofiq Yaqublunu azadlığa çaxması münasibəti ilə təbrik edib və onu Milli Şuraya sədr olmağa layiq bilib. O, bildirib ki, T.Yaqublunun sədrliyi ilə Milli Şurada fəaliyyətini davam etdirməyə hazırdır.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir