Prezident Masallıya icra başçısı təyin etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rafil İsrafil oğlu Hüseynovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

SOSİUM.az xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezidentin sərəncamı ilə Rafil Hüseynov Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Şahin Məmmədov isə həmin vəzifədən azad edilib.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir