Moskvada “Azərbaycan” güşəsi yaradılıb

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin dəstəyi ilə Moskvanın Kuntsevo rayonundakı “Veqas” ticarət-əyləncə mərkəzindəki “Tvoy dom” hipermarketində geniş çeşiddə “Made in Azerbaijan” brendli məhsulların təqdim olunduğu “Azərbaycan nemətləri” guşəsi açılıb.

SOSİUM.az xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev “Azərbaycan nemətləri” guşəsinin yaradılmasının yerli məhsullarımızın Rusiya bazarında daha çox tanıdılması və ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, bu ilin martında Moskvada “DEPO” qastromarketində “Azərbaycan nemətləri” mağazası açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların yaradılması istiqamətində işlər aparılır.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir