Ölkəyə 11 min ton kərə yağı idxal edilib

Bu ilin 10 ayında ölkəyə 11 min 149 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

SOSİUM.az xəbər verir ki, hesabat dövründə idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağlar dəyəri isə 56 milyon 914 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə 56 milyon 3 min dollarlıq 9 min 561 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir