Azərbaycanla bağlı paylaşıma rekord bəyənmə gəldi

Xəbər verdiyimiz kimi amerikalı aktyor, döyüş sənəti ustası Jan Klod Van Damm Azərbaycanda heykəlinin ucaldılmasına görə sosial şəbəkədə minnətdarlığını bildirib.

SOSİUM.az xəbər verir ki, onun 17 milyonluq Facebook səhifəsindəki paylaşıma bu saata qədər 41 min bəyənmə gəlib. Bundan başqa dünyanın müxtəlif yerlərindən 2200 nəfər posta şərh yazıb və paylaşım 1700 dəfə repost edilib.

Maraqlı olan odur ki, xarici ölkələrdən şərh yazanların əksəriyyəti Qəbələni, Vəndam kəndini görmək istədiklərini bildiriblər.

Xatıqladaq ki, Qəbələ rayonunun Vəndam kəndində məşhur aktyor Jan Klod Van Damma abidə qoyulub. Abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir