“Partiyamızın ömrü çox uzun olacaq”

“Bu gün – 21 noyabrda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmsının 27 ili tamam olur. Son 27 ildir YAP bu ölkəyə şərəflə xidmət edir”.

SOSİUM.az xəbər verir ki, bunu YAP-ın icra katibi Əli Əhmədov deyib. O, bildirib ki, YAP ümumxalq partiyasıdır:

“Onun 700 mindən çox üzvü var. Hesab edirəm ki, partiyamızın ömrü çox uzun olacaq. Hazırda cənab Prezidentimiz İlham Əliyev ulu öndərimizin əsasını qoyduğu uğurlu siyasi xətti uğurla davam etdirir. Partiyamıza Azərbaycanın rifahı və firəvanlığı naminə uğurlar arzulayıram. YAP-ın yaranması xalqın Heydər Əliyevi hakimiyyətə gətirməsinin bir forması idi. Xalqımız bununla da Azərbaycanın dağılmasının həll yolunu YAP-ın yaranmasında və Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü”.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir