SON DƏQİQƏ! Daha 5 tələbə zəhərləndi

SOSİUM.az xəbər verir ki, 5 nəfər zəhərlənmə diaqnozu ilə Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənən qızlar Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələridir.

Əfsanə Səfərəli, Güləndam Həsənova, Xavər Məmmədova, Arzu Əlizadə, Mahizər Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Zəhərlənən şəxslərə ilkin yardım göstərilib, vəziyyətləri orta ağırdır.

Adıçəkilən tələbələr birinci kurs tələbələridir. Onlar bir evdə kirayədə yaşayır. Tələbə qızları qaz sobasının tüstüsündən zəhərləndiyi ehtimal edilir.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir