Abid Şərifov: “Mən informasiya vermək planımı yerinə yetirmişəm”

Baş nazirin sabiq müavini Abid Şərifov koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimindən danışmaq istəməyib.

SOSİUM.az xəbər verir ki, bu barədə o, oxu.az-a açıqlamasında bildirib.

A.Şərifov qeyd edib ki, hazırda istirahət edir və səhhətində problem yoxdur.

Baş nazirin keçmiş müavini əlavə məlumat vermək istəmədiyini də dilə gətirib.

“Mən informasiya vermək planımı yerinə yetirmişəm”, – deyə, müsahibimiz əlavə edib.

Qeyd edək ki, A.Şərifov 20 iyul 1995-ci ildən 21 aprel 2018-ci il tarixinə qədər Baş nazirin müavini vəzifəsində çalışıb. Onun 80 yaşı var.

Oxşar xəbərlər