ABŞ COVID-19-un necə meydana gəldiyini araşdıracaq

ABŞ Senatının Daxili Təhlükəsizlik və Hökumət İşləri Komitəsi koronavirus (COVID-19) infeksiyasının yaranmasının səbəbləri və yayılmasını, həmçinin, Çin və Ümumdünya Səhiyyə Təşkilatının epidemiya ilə mübarizədəki rolunun qiymətləndirilməsi üçün genişmiqyaslı araşdırmalara başlayacaq.

Bu barədə “Politico” nəşri komitə sədri Ron Consona istinadən məlumat yayıb.

Onun sözlərinə görə, komitə hansı səbəbdən ABŞ-ın epidemiyaya lazımi qədər hazır olmadığını, tibbi preparat və avadanlıqların nəyə görə sərhəddən kənarda istehsal edildiyini, baş verənlərə ÜST-ün reaksiyasını və koronavirusun Çində necə yayılmağa başladığını aydınlaşdırmaq istəyir.

“Hər şey nədən başlayır? Heyvandan insan ötürülmə olubmu? Yoxsa bu, Çinin laboratoriyalarından gəlib?”, – deyə R.Conson bildirib.

Oxşar xəbərlər