ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə cümə axşamı ABŞ-ın Alabama ştatında qəzaya uğrayıb.

SOSİUM.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. Qeyd olunub ki, təyyarənin düşdüyü ərazidə bir ev yanıb.

Bolduin əyalətinin şerifi bildirib ki, qəza nəticəsində mülki şəxslər arasında xəsarət alan olmayıb. “CNN” Federal Aviasiya İdarəsindən münasibət öyrənmək istəsə də, cəhdləri uğursuz olub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər