Bir qrup ABŞ ermənisini geri qaytardılar

ABŞ-dan gələn bir qrup erməni Dağlıq Qarabağ ərazisinə buraxılmayıb.

Bu barədə erməni ictimai fəal, “Kaseçum” hərəkatının funksioneri Samson Qriqoryan açıqlama yayıb.

Onun sözlərinə görə, Qarabağa icazəsiz daxil olmaq istəyən “qonaqlar” Rusiya sülhməramlıları tərəfindən geri qaytarılıb: “Rusiyalı sülhməramlılar Amerikadan olan dostlarımızı, ABŞ ermənilərini Qarabağa buraxmayıblar”.

Bu yaxınlarda Xankəndi şəhərinə qanunsuz getmək istəyən fransız jurnalistlər də Qarabağ ərazisinə buraxılmamışdılar. Rusiya sülhməramlıları onlara bildirmişdilər ki, Qarabağ Azərbaycan ərazisidir, bura səfər etmək üçün Yerevandan yox, Bakıdan icazə alınmalıdır.

Oxşar xəbərlər