“ABŞ-ın İrana qarşı münasibəti dəyişmədi”

İran Prezidenti Həsən Ruhani Vaşinqtonda ritorikanın dəyişməsinə baxmayaraq, ABŞ-ın İrana qarşı siyasətində praktiki olaraq heç bir dəyişikliyin baş vermədiyini bildirib.

SOSİUM.az xəbər verir ki, Ruhani ABŞ-ın İrana qarşı atdığı addımları belə şərh edib:

“Biz ABŞ-ın yeni administrasiyasından xoş niyyət görmədik. Ritorika dəyişdi, amma praktiki olaraq heç nə dəyişmədi. Vaşinqtonun yeni rəhbərliyi şüarlarında səmimi olsaydı, dərhal yeni bir yola başlayardı”.

İran rəhbərinin sözlərinə görə, dünyada heç kəs İranla iqtisadi müharibənin və İran xalqına qarşı təzyiq siyasətinin uğursuzluqla nəticələndiyinə şübhə etmir. Ruhani Vaşinqtonu İrana qarşı münasibətini dəyişməyə çağırıb.

Oxşar xəbərlər