ABŞ rəsmisi Belarusa görə Rusiyaya gedir

ABŞ dövlət katibi Mayk Pompeonun müavini Stiven Biqan yaxın günlərdə Belarusdakı siyasi vəziyyəti müzakirə etmək üçün Moskva və Vilnüsə səfər edəcək.

SOSİUM.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Biqan əvvəlcə Rusiyaya səfər etmək niyyətindədir. Səfərin dəqiq tarixi açıqlanmır.

Daha sonra diplomat Belarus müxalifətinin liderlərindən biri və Belarusda keçirilmiş prezident seçkilərində hazırkı prezident Aleksandr Lukaşenkonun əsas rəqibi sayılan Svetlana Tixanovskayanın qaldığı Litvaya gedəcək.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib.. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə rəsmi nətocələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub.

Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.

Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib.

Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Oxşar xəbərlər