ABŞ rus diplomatlarını ölkəsinə buraxmadı

ABŞ hökuməti BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etməli olan Rusiya nümayəndə heyətinin 18 üzvünə viza verməyib.

SOSİUM.az xəbər verir ki, bunu Rusiyanın dünya təşkilatındakı nümayəndəsinin müavini Gennadi Kuzmin deyib.

“Rusiya nümayəndə heyəti 18 viza ala bilmədi. Bu həftə ərzində bir dənə də olsun, viza verilmədi”,-deyə Kuzmin BMT Baş Məclisinin Hüquq Məsələləri Komitəsinin iclasında çıxışı zamanı bildirib.

O, Altıncı Komitənin işi çərçivəsində ABŞ-ın Rusiya Federasiyası nümayəndələrinin çıxışlarını ingilis- dilinə tərcümə edəcək tərcüməçiyə viza vermədiyini də açıqlayıb.

Xatırladaq ki, ABŞ sentyabrın sonunda Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında iştirak üçün “Roskosmos”un rəhbəri Dmitri Roqozin, Dövlət Dumasının Xarici İşlər Komitəsinin rəhbəri Leonid Slutsko və Federasiya Şurasının Xarici İşlər Komitəsinin rəhbəri Konstantin Kosaçev daxil olmaqla Rusiya Xarici İşlər Nazirliyinin onlarla əməkdaşına viza verməkdən imtina edib.

Bundan başqa, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bir qrup diplomat viza verilmədiyinə görə oktyabrın əvvəlində ABŞ-da keçirilən “Dialoq Fort-Ross” forumunda iştirak etməyib.

Oxşar xəbərlər