ABŞ Suriyada yeni hərbi baza qurur

ABŞ-ın rəhbərliyi altındakı koalisiya qüvvələri Suriyanın şimalında yeni hərbi baza inşasına başlayıb.

SOSİUM.az xəbər verir ki, bu barədə “Voennıy Obozrevatel” Teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, baza Deyr əz-Zor əyalətində inşa olunur.

Bazaya ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdiriləcəyi də bildirilir.

Oxşar xəbərlər