ABŞ Türkiyəni növbəti sanksiyalarla hədələyib

Ankara Suriyanın şimalındakı “Sülh bulağı” əməliyyatını dayandırmazsa, ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək.

SOSİUM.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, vitse-prezident Mayk Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək danışıqlar uğurla yekunlaşmazsa, Türkiyə iqtisadiyyatını “dağıdıcı” nəticələr gözləyir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında “Sülh bulağı” adı altında hərbi əməliyyatlara başlayıb.

Oxşar xəbərlər