AFFA-nın rəsmisi “Liverpul”la “Real”ın oyununda

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlik növbəti təyinat alıb.

SOSİUM.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində Madriddə keçiriləcək “Real” (İspaniya) – “Liverpul” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, aprelin 6-da keçiriləcək oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Oxşar xəbərlər