Aİ Rusiyadan təcili araşdırma tələb edir

Avropa İttifaqı rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi ehtimalı ilə əlaqədar vəziyyətin dərhal və şəffaf şəkildə araşdırılmasına çağırıb.

SOSİUM.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrelin açıqlamasında deyilir.

“Rusiya hakimiyyətinin dərhal müstəqil və şəffaf şəkildə araşdırmalara başlaması vacibdir”, – deyə açıqlamada qeyd olunur. Borrelin sözlərinə görə, dünyada və Rusiya Federasiyasında faktları bilmək istəyirlər.

“Berlindəki “Charite” xəstəxanasında götürülən ilkin analiz nəticələri Aleksey Navalnının zəhərləndiyini göstərir. Navalnının müalicəsi üçün xəstəxanaya minnətdarıq və onun tez sağalmasını arzulayırıq”, – sənəddə belə deyilir.

Oxşar xəbərlər