Aleksey Navalnı özünə gəldi və danışdı…

Almaniya polisi Rusiya müxalifətinin lideri, Korrupsiya ilə Mübarizə Fondunun (KMF) sədri Aleksey Navalnının mühafizəsini gücləndirib.

SOSİUM.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spigel” qəzeti yazıb.

Həkimlər isə onun səhhətinin yaxşılaşdığını bildiriblər. Onların sözlərinə görə, koma vəziyyətindən çıxan A.Navalnı artıq danışmağa başlayıb.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib.

O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

Virtualaz.org bildirir ki, bu arada ABŞ Dövlət katibi Mayk Pompeo Aleksey Navalnının düşdüyü vəziyyətdə Rusiyanın yüksək vəzifəli məmurlarının əli ola biləcəyini deyib.

Diplomatın sözlərinə görə, dünyanın hər yerində insanlar belə düşünür: “Onlar bunun yüksək səviyyəli Rusiya rəsmiləri tərəfindən baş verməsi ilə bağlı əhəmiyyətli bir ehtimalın olduğunu anlayırlar. Bunun Rusiya və ruslar üçün pis olduğunu düşünürəm”.

O, qeyd edib ki, Vaşinqton, Avropa İttifaqı (Aİ) və bir sıra Avropa ölkələri Moskvaya “cavabdehlərin cəzalandırılacağına” ümid bəslədiklərini bildiriblər: “Bu məsələdə kimin cavabdeh olduğunu aydınlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

Oxşar xəbərlər