“Aleskey Navalnı 10 dəqiqəyə ölməli idi…”

““Noviçok” tərəfindən zəhərlənmə halında, Aleksey Navalnı ilk simptomları bir neçə dəqiqə ərzində hiss edər və 10 dəqiqəyə ölmüş olardı”.

SOSİUM.az xəbər verir ki, bu barədə “Noviçok” sinir iflicedici maddələr qrupunun yaradıcısı Leonid Rink “RİA Novosti”yə müsahibəsinə bildirib.

“İlk simptomlar bir dəqiqəyə görünür, 10 dəqiqəyə isə öldürür”,- deyə Rink qeyd edib.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.

Daha sonra onun nümunələri Fransa və İsveç laboratoriyalarında təkrar analiz olunmuş, “Noviçok”la zəhərləndiyi açıqlanmışdı.

Oxşar xəbərlər