“Ali təhsil haqqında” qanun qəbul olunacaq

“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

SOSİUM.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib.

B. Əliyev deyib ki, bu qanun layihəsi gündəlikdədir: “Ali təhsil haqqında” qanun layihəsini Milli Məclisin gündəliyinə daxil etmişik, İşçi Qrup da yaradılıb və qanun layihəsi üzərinə iş gedir. Yeni reallıqlar qanun layihəsi üzərində günün çağırışları istiqamətində iş aparılmasını tələb edir. Hələ ki, İşçi Qrupu bu qanun layihəsini komitənin müzakirəsinə təqdim etməyib. Yenidən formalaşdırılacaq İşçi Qrupu “Ali təhsil haqqında” qanun layihəsini hazırlayacaq və komitə qanun layihəsinə baxılacaq”.

Oxşar xəbərlər