Almaniyada virusdan rekord sayda ölüm

Almaniyada son 24 saatda koronavirusdan rekord sayda ölüm hadisəsi olub.

SOSİUM.az xəbər verir ki, ölkədə 487 nəfər “COVID-19”a yoluxma nəticəsində həyatını itirib.

Bununla da, epidemiyanın başlanğıcından bu günədək ən yüksək ölüm sayı qeydə alınıb.

Açıqlamaya əsasən, Almaniyada son olaraq 17 min 270 insana koronavirus diaqnozu qoyulub. Beləliklə, ölkədə ümumi xəstəlik sayı 1 milyon 84 min 743-ə yüksəlib, can itkisi 17 min 123-ə çatıb.

Oxşar xəbərlər