ANAMA açıqlama yaydı: Buna qədər…

“Azərbaycan Prezidentinin tapşırığı ilə Zəngilan rayonunda I, II, III Ağalı kəndlərində “Ağıllı kənd” layihəsinin baş planının reallaşdırılması üçün 72 hektar torpaq sahəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib”.

SOSİUM.az xəbər verir ki, bunu ANAMA-nın EOD əməliyyat qrupunun bölmə rəisi Bəhruz Namazov deyib.

O, təmizləmə işlərinin davam etdiyini bildirib:

“Zəngilanda hava limanının tikintisi ilə bağlı 68 min kv.m ərazi ANAMA tərəfindən təmizlənib. Ümumilikdə Zəngilanda 3 milyon 530 min kv.m ərazidə təmizləmə işləri aparılıb. Hazırda işlər davam edir”.

Qeyd edək ki, Zəngilan və Qubadlı rayonlarında ANAMA-nın apardığı təmizləmə əməliyyatlarını izləmək üçün mətbuat nümayəndələri bölgəyə səfər edib.

Oxşar xəbərlər