AQC Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürdü

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) daxil olan şirkətlər Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə köçürüb. Tia.az xəbər verir ki, AQC-yə daxil – “MBA”, “VECON CONSULTING”, “FAME PRO”, “Azintellektservis”, “İnvest-EM”, “ERA”, Qiymətləndirmə Xidməti Mərkəzi, “Property”, “Uniprice”, “REC-İNVEST” şirkətləri və AQC İdarə Heyətinin üzvü İbrahim Quliyevin yer aldığı yardım kampaniyasına qoşulanların sayının artacağı gözlənilir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Oxşar xəbərlər