AQSİA üzvü tənha qadına dəstək oldu – FOTOLAR

AQSİA-nın üzvü Aynur Xəlilova iki övladı ilə tərk edilmiş Asya Ələkbərovaya dəstək oldu.

Hovsan qəsəbəsində ata evində məskunlaşan Asya Ələkbərova adlı gənc ananın iki azyaşlı övladına baxması ilə bağlı problem AQSİA-nın üzvü “Xeyirli əllər” fondunun , “By Aynur Xəlilova” Moda evinin təsisçisi, eyni zamanda “Double” şirkətinin kreativ direktoru və təsisçisi Aynur Xəlilovaya yönləndirilib.

Məlum olub ki, yeni doğulmuş 15 günlük körpənin həyatı təhlükədədir. Üzvümüz Aynur Xəlilova məsələyə operativ reaksiya göstərərək İlkin olaraq körpələri lazım olan qida və sağlamlıq məhsulları ilə təmin edib, mütəmadi uşaqlara maddi, tibbi yardım etməyi öz üzərinə götürüb. Məsələni daha detallı araşdırmaq və bu baxımdan maarifləndirmənin gücləndirilməsi üçün AQSİA-da müzakirə keçirilməsini təklif edib.

Operativ düzənlənən toplantıda sahibkar xanımlar gecikmədən Asya Ələkbərovaya və iki qız övladına maddi dəstək edilməsini, eyni zamanda müvafiq qurumlara Assosiasiya tərəfindən müraciət olunmasını məqsədəuyğun sayıblar. 15 günlük körpənin durumu ilə bağlı AQSİA Hovsan 16 saylı uşaq poliklinikasına və yerli sosial müdafiə şöbəsinə müraciət ünvanlayıb.

İclasda körpənin həyatı ilə bağlı dəyişiklikləri izləmək tövsiyə olunub.

Oxşar xəbərlər