“Bu xoşagəlməzdir” – Asim Mollazadə danışır

Almaniyada miqrant alveri ilə bağlı azərbaycanlılardan ibarət dəstənin üzvləri saxlanlıb. Onlardan üç nəfərin Müsavat Partiyasının üzvləri İlham Həsən, Mehdi Xəlilbəyli və Abdin Cavadov olduğu bildirilir. Saxta sənəd düzəltməkdə ittiham olan şəxslər hazırda istintaqda dindirilir.

SOSİUM.az xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə bildirib ki, istintaqın bitməsini gözləmək lazımdır:

“Mən belə düşünürəm ki, istintaqın sonunu gözləmək lazımdır ki, ətraflı məlumat verilsin. Təbii olaraq istənilən cinayət hadisələri xoşagəlməzdir. Bu hadisə də Almaniyada hüquq-mühafizə orqanları tərəfindən diqqətdə saxlanılır, məhkəmə öz qərarını verəcək”.

Oxşar xəbərlər