ATU-da bütün dekanlar vəzifəsindən azad edildi

Azərbaycan Texniki Universitetində (AzTU) struktur dəyişiklikləri davam edir.

SOSİUM.az xəbər verir ki, universitetin bütün fakültələrinin dekanları vəzifəsindən azad edilib.

Məsələ ilə bağlı AZTU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza bildirilib ki, dekanların vəzifəsindən azad edilməsi Elmi Şuranın qərarı ilə universitetdə həyata keçirilən islahatlarla əlaqədardı.

“Hazırda bəzi fakültələr birləşdirilib, bəzillərinin adları dəyişdirilib. Əvvəlki dekanlar dekan vəzifəsini müvəqqəti olaraq icra edirlər. Yaxın zamanlarda dekan seçiləri təşkil olunacaq”, – deyə universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən əlavə edilib.

Qeyd edək ki, AzTU-nun yeni rektoru, professor Vilayət Vəliyev oktyabrın 2-də keçirilən Elmi Şurada stuktur dəyişikliklərinə və islahatlara start verildiyini elan etmişdi.

Oxşar xəbərlər